Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Emin Millinin qayınının apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsi

Nazim Ağabəyov  barəsində bəraət hökmünün çıxarılmasını istəyib

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Ağabəyovun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi sübuta yetirilməyib və buna görə onun ittiham olunduğu maddə 234.4.3-cü (narkotik vasitə saxlama, satma, göndərmə) maddəsindən 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesablanması) maddəsi təyin olunub. Onun cəzası şərti hesablanıb,  2 il 4 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb. N. Ağabəyov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan N. Ağabəyov apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N.Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N.Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir. N.Ağabəyov həbsini qohumu Emin Millinin fəaliyyəti ilə bağlayır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir