Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

​NÖVBƏTİ DEVALVASİYA GÖZLƏNİR

Nemət Əliyev

Nemət Əliyev

NÖVBƏTİ DEVALVASİYA GÖZLƏNİR

«Azadlıq» qəzeti iqtisadçı-ekspert Nemət Əliyevin ölkənin iqtisadi duruma dair məqaləsini dərc edib.

İqtisadçı yazır ki, dövlət büdcəsinin gəlirləri 43 faiz azalıb. Büdcədə gərginlik sürətlə böyüməkdədir. Nemət Əliyev qeyd edir ki, büdcəyə martda 1.296 milyard, apreldə 1.036 milyard, mayda isə cəmi 740 milyon manat vəsait daxil olub: «Göründüyü kimi, mart ayı ilə müqayisədə daxilolmalar aprel ayında 260 milyon, may ayında isə 555 milyon manat azalıb. Aylıq azalma həcmi iki aya 21 faizdən 43 faizə yüksəlib».

İqtisadçının gəldiyi nəticəyə görə, bu gedişlə 17-18 milyardlıq dövlət büdcəsinə ancaq 13 milyard toplamaq olar. Belə olan halda isə büdcəsinin xərc bölməsi üzrə nəzərdə tutulan hökumət öhdəliklərini yerinə yetirmək daha da çətinləşəcək: «Onsuz da ixtisar edilmiş xərclər daha da azalacaq. Büdcəyə əlavə pul vəsaiti cəlb etməyin asan yolu kimi növbəti devalvasiya qərarı verilə bilər».

Nemət Əliyev hökumətə vəziyyətdən çıxış yolu kimi öz təkliflərini də verir. Onun düşüncəsinə görə, indiki halda ilk növbədə vergi və gömrük orqanlarının sahibkarlara təzyiqləri dayandırılmalıdır. İqtisadiyyatı çökdürən inhisar durdurulmalı, korrupsiya mexanizmi təcili şəkildə söndürülməli

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir