Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi çevrilişə cəhddən sonra dəstək verənlərin sayı rekord həddə çatıb.
Axar.az xəbər verir ki, ORC-nin araşdırması Ərdoğana ictimaiyyət arasında dəstək verənlərin sayının rekord həddə çatmasını aydınlaşdırıb.
8-9 avqustda 32 rayonda aparılan sorğuya görə, bu gün seçkilər keçirilərsə, Ərdoğana ölkə əhalisinin 66 faizi səs verəcək.
Digər namizədə səs verərəm deyənlər 22,7 faiz, bitərəf qalanlar isə 11,7 faiz təşkil edib.