Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Borcu olduğu iddia edilən sahibkar döyülüb

Ötən gün Sədərək ticarət mərkəzində dükan sahibi olan, Cəlilabad rayonun Zəhmədabad kənd sakini Ceyhun Sovzəliyev döyülüb. Bu barədə mətbuata onun qohumları danışıb. Belə ki, o gecə saatlarında yaşadığı Lökbatan qəsəbəsi, Nizami küçəsindəki evində ailə üzvlərinin gözü qarşısında döyülüb. Ona hücum edən naməlum şəxslər Ceyhunu təhdid edərək polis idarəsinə müraciət edəcəyi halda onu və ailə üzvlərini öldürməklə hədələyiblər. Mənbə bildirib ki, gecə saat 12 radələrində üç nəfər maskalı şəxs Ceyhunun evinə basqın edib.

Cinayətin səbəbi barədə danışarək bildirib ki, Ceyhun Sədərək ticarət mərkəzində dükan sahibidir və Fövqəlnazir Kəmaləddin Heydərova məxsus “Gilan” Holdingə aid şirkətlərindən birindən daima xarici istehsal olan parçalar alaraq onları ticarət mərkəzində satmaqla məşğul olur. Lakin ölkədə manataın qiymətdən düşməsindən bir heçə gün əvvəl Ceyhun yenə də Gilanın anbarından 220.000 manatlıq parça alıb və pərakəndə halda onları Sədərək ticarət mərkəzində dükanında satmağa başlayıb. Onun sözlərinə görə aldığı parçanın pulunu digər müştəriləri kimi o da satdıqca qismən ödəyirmiş. Lakin sonuncu dəfə parça aldıqdan bir nüçə gün sonra onu yenidən Gilana çağırıblar və aldığı parçanın qiymətinin 220.000 manat yox, 400.000 manat olduğunu söyləyiblər. Səbəbini soruşduqda isə bildiriblər ki, dollar qalxıb və ona görə bütün malların qiyməti qalxır. “Mən onlara dedim ki, dollar dünən qalxıb amma mən bunu sizdən neçə gün əvvəl almışam, nəyə görə əlavə ödəniş etməliyəm. Dedilər yuxarıdan gələn qərar belədir. Sənin borcun 400 min mantdır. Get 2 aya ödə. Mən də etiraz elədim. Amma hələdilər.

Sovzəliyev onu hücum edənlərin Gilan holdinqə yaxın şəxslər olduğuna şübhə etmir. Hücum edənlər əllərində olan küt alətlərlə ona bədən xəsarətləri yetiriblər. Daha sonra təhdid edərək mənzildən uzaqlaşıblar. Baş verən olayla bağlı polisə şikayət edib-etmədiyi sualına gəlincə C. Sovzəliyev qısaca belə cavab verib: “Nə mənası. Polis də onların adamı deyilmi?”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir