Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İnsan haqları Siyasət Xəbərlər

İsveçrədəki siyasi aksiyanın tüstüsü Bakıdan çıxır

Avropa ölkələrində Azərbaycanlı mühacirlərin aksiya keçirməsi Azərbaycan hakimiyyəti üçün heç də yaxşı görüntü yaratmır. Çünki, azad sözün hakim olduğu Avropada hakimiyyət əleyhinə tənqid özünü beynəlxalq aləmdə demokrat kimi göstərmək istəyən istənilən hakimiyyətin xoşuna gəlməz, o cümlədən Azərbaycan hökumətinin. Buna görə də Azərbaycan rəsmiləri də maraqlıdırlar ki, xarici ölkələrdə bu cür tədbirlər təşkil olunmasın. Xüsusilə insan hüquqlarıyla bağlı. 06 fevral 2016-cı ildə İsveçrənin partaxtı Bern şəhərində təşkil olunmuş insan hüquqları, siyasi məhbuslara azadlıq, demokratiya çağırışlı mitinq də Azərbaycan siyasilərini narahat etmişdir. Xüsusi tapşırıqla mitinq iştirakçılarını ən azı növbəti tədbirlərdə kənarda saxlamaq qrşıya məqsəd kimi qoyulmuş və buna görə də müəyyən addımlar həyata keçirilmişdir. Bu barədə İsveçrədə mühacir olan Aqşin Qurbanzadə saytımıza məlumat vermişdir. Onun bildirdiyinə görə tədbirdən 3-4 gün sonra atası polis bölməsinə çağırılmış və iki dəfə onunla sərt, təhditvari şəkildə söhbət aparılmışdır. İctima fəal verdiyi məlumatda bunları söyləmişdir: “Azərbaycan hökuməti şahlıq dövrünün qanunlarıyla idarə etmək istəyir ki, danşan dillər kəsilsin. Məninm ata

mı mənim fəaliyyətimə görə qorxutmaq insanlıqdan kənar bir addımdır. Mənə qarşı psixoloji işgəncədir. Bu Əliyevlər rejiminin gerçək üzünü bir daha göstərir. Ölkəmizdə 100-dən artıq siyasi məhbus var. Jurnalistlər, hüquq müdafiəçiləri təqib olunur. Mən ölkədə siyasi fəaliyyət göstərərkən də dəfələrlə saxlanılmışam və polisdə mənə qarşı təzyiqlər göstərilib. İndi də ailə üzvlərimə göstərilir”.

A.Qurbanzadə bundan sonra da siyasi fəaliyyətini davam etdirəcəyini bildirdi: “Mən nə qədər imkan olsa bu hakimiyyətin çirkinliklərini dünyaya göstərməyə çalışacam. İstənilən tədbirdən də qalmayacam. Çünki, ölkədə günahsız həbsdə yatanlar var. Onların da səsini haralarasa çatdırmaq lazımdı”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir