Rusiya prezidenti Vladimir Putin SSRİ dövründə daxili kəşfiyyat orqanlarında çalışarkən hansı işi gördüyünü açıqlayıb.
“Vesti” proqramına qonaq olan Putin bildirib ki, əsas işi qeyri-leqal kəşfiyyatla bağlı olub. O, bu sahədə çalışan insanlar haqqında tərif səsləndirib: “Daxili kəşfiyyat orqanlarındakı işim bu idi. Bu işi görən insanları yaxşı tanıyıram. Gündəlik həyat tərzindən, yaxınlarından imtina etmək, illərlə ölkəndən kənarda qalmaq, ömrünü vətənə xidmətə həsr etmək hər adamın işi deyil. Bunu ancaq seçilmişlər bacara bilər. Onlar unikal adamlardı”.