Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Həbsdə olan jurnalistin xanımının avtomobili yandı FOTO

Həbsdə olan baş redaktorun xanımı gözlənilməz hadisə yaşayıb. JAM.Az saytının baş redatoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nüsrətinin maşını yanıb.

F.Nüsrəti açıqlamasında bildirib ki, iki gün əvvəl idarə etdiyi maşında müəmmalı şəkildə yanğın baş verib: ”İki gün əvvəl Fikrətə göndərmək üçün bazarlıq etməyə gedirdim. Nərimanov rayonu ərazisində, Çerment körpüsünün üzərində maşınının yanacağı qurtardı. Maşını tərk edib benzin almağa getdim. Geri qayıdanda gördüm ki, adamlar toplaşıb, yanğınsöndürən gəlib. Maşınımın mühərrik hissəsi tamamilə yanıb. Yanğınsöndürənlər yanğının qarşısını alıblar. Maşında benzin olsaydı, bəlkə də maşın tamamilə yanacaqdır”.

F.Nüsrətinin sözlərinə görə, işlək vəziyyətdə və yanacağı olmayan maşının qəflətən yanması onda şübhələr yaradır: ”Maraqlısı odur ki, yanğınsöndürənə zəng edən 0502902700 nömrəsinə zəng etsəm də, həmin nömrə təyin edilməyib. Hələlik yanğının səbəbi məlum deyil. Ekspertiza və labaratoriyanın nəticəsindən sonra yanğının səbəbi bilinəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir