Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Düşmən üzərində psixoloji üstünlüyə nail olmaq… – Ekspertdən açıqlama

Nə müharibə, nə də sülh vəziyyəti cəbhədə aktivliyin olmayacağı anlamına gəlir.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin etmək üçün malik olduğu bütün imkanlardan istifadə edəcək:
“Azərbaycan Ordusunun doktrinasını müəyyən edən Ali Baş Komandandır. Hazırda ordumuz Müdafiə naziri Zakir Həsənovun fəal iştirakı ilə hazırlanan taktika üzrə hərəkət edir. Bu taktika üzrə təmas xətti boyunca düşmənin fəallığının qarşısı alınır. Bundan sonra da Ermənistanın təxribatlarına qarşı adekvat cavablar veriləcək. Düşmənin bir diversiya hərəkəti erməni qoşunları içərisinə daha çox diversiya qruplarının göndərilməsiylə kompensasiya edilir. Artıq son 1 ayda Azərbaycan Ordusu dəfələrlə düşmənin həm zirehli texnikasını, həm də canlı qüvvəsini bu taktikayla məhv edib. Bu taktika indi özünü doğruldur. Ola bilsin, gələcəkdə vəziyyət başqa bir hərbi taktikanın tətbiqini tələb etsin. Ancaq Azərbaycanın məqsədi Ermənistanı sülh danışıqlarına məcbur etməkdir. Bu mübarizə – düşməni dinc qoymamaq, gözünün odunu almaq və psixoloji üstünlüyə nail olmaqdan ibarətdir ki, bu da lokal hərbi əməliyyatların keçirilməsi və birmənalı üstünlüyün qazanılması nəticəsində erməni cəmiyyətində və ordusunda panikaya səbəb olur”.
Politoloqun sözlərinə görə, yeni təlimlər döyüş əməliyyatlarına yaxınlaşdırılmış bir şəraitdə həyata keçirilir: “Bu isə qarşıda yeni qələbə və ərazilər deməkdir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir