Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mitinqə getdi, işdən qovuldu

11 sentyabr 2016-cı il tarxidə müxalifətin təşkil etdiyi icazəli mitinqdə iştirak etdiyi üçün Cəlilabad rayon sakini Cavadov Ruslan Yusif oğlu işdən xaric edilib.

Bu barədə redaksiyamıza siyasi fəalın özü məlumat verib. Ruslan Cavadov qeyd edib ki, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov onu kabinetinə çağıraraq özünün və təmsil olunduğu partiyanın ünvanına təhqiramiz ifadələr işlədib.
“Mən Cavadov Ruslan Yusif oğlu 15.06.1984-cü ildə Cəlilabadda anadan olmuşam. Cəlilabad Kənd Təsərrüfatı texnikumunun Nəqliyyatda yük və sərnişin daşınmanın təşkili fakultəsini bitirmişəm. 2002-2004 hərbi xidmətdə olmuşam. Sonra Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə kredit fakültəsində oxumuşam. 2009-cu ildən Ümud Partiyasının Cəlilabad rayon şöbəsində sədr müaviniyəm. 2008-ci ildə preziden seçkiləri öncəsi göstərdiyim müxalifyönümlü təşəbbüskarlığa görə polis nəzarətinə alınmışam. Bundan sonra mütəmadi olaraq polis bölməsinə çağırılmışam. 2014-cü ilin noyabrında küçəmiz bərbad vəziyyətdə olduğu üçün 5-6 nəfər yığıb şikayətə getdik. Buna görə 3 gün polis bölməsində saxladılar. 11 sentyabr 2016-cı il tarxidə keçirilən icazəli mitinqdə iştirak etdiyim üçün Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov məni və dövlət işində çalışan bir neçə yaxınımı çağırıb xəbərdarlıq edərək bildirdi ki, bir də mitinqdə iştirak etsəm yaxınlarımı işdən azad edəcək. Sonra iş yerimdə mənə qarşı təhdid və təzyiqlər başladı. Təhlükəsizlik departamentinin rəisi Novruz Quliyev tərəfindən həbs olunacağımla bağlı dəfələrlə təhdid olunmuşam. “İşinin öhdəsindən gələ bilməmək” maddəsi ilə məni qanunsuz olaraq işdən azad etdilər”.

 

Ruslan Cavadov qanunsuz və siyasi baxışlarına görə işdən çıxarıldığını bəyan edərək məhkəməyə müraciət edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir