Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Pilotlara 320 min dollar maaş verən Çin dünya ölkələrini çətin vəziyyətə saldı

İqtisadiyyatı sürətlə böyüyən Çin hava nəqliyyatı sektorunda da sürətlə böyüyür.
Sfera.az xəbər verir ki, qarşıdakı 20 ildə Çin müxtəlif kateqoriyalarda 7 min ədəd təyyarə satın alacaq. Dünya miqyasında yeni təyyarə sifarişlərinin 20%-i bu ölkənin payına düşür. Bu da qarşıdakı 20 ildə Çin hava yolları üçün 110 min yeni pilot tələbatı yaradır.
Çinin Mülki Hava Nəqliyyatı İdarəsinin məlumatına görə, Çin ölkə daxili və xaricdə hər il 4 min 700 pilot oxudur. Lakin bu rəqəm də kifayət etmir. Təyyarə kapitanı ehtiyacını ödəyə bilməyən Çin şirkətləri çarəni xaricdən pilot transfer etməkdə tapıb. Hava kirliliyi və məsafə uzaq olduğuna görə Çini seçməyən pilotlara bu şirkətlərə işləmələri üçün fantastik məbləğdə maaş vəd edilir. Bəzi şirkətlər ildə 320 min dollara qədər maaş verməyə hazırdır.
Körfəz ölkələrinə transfer olan pilotlar artıq dünya iqtisadiyyatının nəhəngi Çinə üz tutmağa başlayıblar. Pilotların Çinə transfer olması Türkiyə daxil bir çox ölkəni çətin vəziyyətə salıb.
Belə yüksək maaşlar “Emirates” kimi böyük şirkətlərdə pilot qıtlığı yaradıb. 10-u “Airbus” 380 modeli olmaqla, 46 təyyarə pilot çatışmazlığı üzündən yerə endirilib.
Çinin pilotlara yüksək maaşlar verməsi, türk lirəsinin dollar qarşısında dəyər itirməsi Türkiyə hava yolları şirkətlərinə əcnəbi pilotların marağını azaldıb və əcnəbi pilotların sayı kəskin şəkildə azalıb.
THY xarici pilotları işə cəlb etməklə bağlı davamlı şəkildə elan versə də, yeni pilotlar tapmaqda çətinlik çəkir. 2016-cı ildə Türkiyədə 1138 nəfər əcnəbi pilot uçarkən, 2017-ci ildə bu rəqəm 732 nəfərədək düşüb. Bu şərtlər çərçivəsində gələcəkdə türk şirkətlərinin pilot tapmaq cəhdləri daha da çətinləşəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir