Yunanıstanın paytaxtı Afinada 2 minə yaxın bələdiyyə işçisi mərkəzi Karaiskakis meydanında nümayişə qalxıb.
Axar.az xəbər verir ki, nümayişçilər hökumətin işçi müqaviləsini uzatmamasına etiraz olaraq Daxili İşlər Nazirliyinin binasına doğru yürüş keçirib.
Nazirlik binasına girmək istəyən etirazçılar polisin müdaxilə ilə qarşılaşıb.
Binanın önünə yığdıqları zibil tullantılarını yandırmaq istəyən işçilər daha sonra parlament binasına doğru irəliləyiblər.
Burada da polis bibər qazından istifadə edərək iştirakçıların qarşısını alıb.
Lakin etirazçılardan bəzilərinə parlament sədri Nikos Voutsis ilə görüşməyə icazə verilib.
Olay zamanı zamanı yaralanan bəzi vətəndaşlar xəstəxanalara çatdırılıb.
Hazırda tullantıların təmizlənməməsi səbəbindən Afina küçələrini üfunət qoxusu bürüyüb.
Qeyd edək ki, hökumətin yeni qərarı səbəbindən 10 mindən çox bələdiyyə əməkdaşı işsiz qala bilər.