Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum edənlərin FOTOLARI YAYILDI

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum edənlərin fotoları yayılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər.

Hadisəni törədən iki şəxs yüzlərlə təhlükəsizlik kamerası incələnəndən sonra müəyyən edilib.

Məlumata görə, hücum edən şəxslər maşınlarının nömrə nişanının kameralar tərəfindən qeydə alınmaması üçün LED lampalarla işıqlandırıblar. Buna görə də polisin avtomobilin nömrə nişanını müəyyən etməsi müəyyən qədər vaxt alıb. Araşdırma nəticəsində hadisəni törədənlərin ağ rəngli “06 BDP 502” nömrə nişanlı avtomobildən istifadə etdiyi məlum olub.

Hadisəni törədənlərin qısa zamanda tapılmasına görə ABŞ səfirliyi Türkiyə polisi və hökümətinə təşəkkür edib.

Səfirliyin ilk açıqlamasında bildirilir: “Səhər səfirliyə yönəlmiş hücumu törətdiyi deyilən 2 nəfərin sürətli və professional şəkildə tutulmasına görə Türkiyə polisi və hökümətinə təşəkkür edirik. Bizim üçün təmin etdikləri dəstək və müdafiəyə görə məmnunluğumuzu ifadə edirik”.

Hadisədən dərhal sonra səfirliyin sözçüsü David Gainer də açıqlamasında Türk polisinin qısa zamanda hərəkətə keçməsi və araşdırmaya başlamasını qeyd etmişdi.

Qeyd edək ki, səfirliyə hücum edənlər 6 dəfə atəş açıb. Onlardan üçü binaya, üçü isə dəmir qapıya dəyib.

****

Türkiyə hüquq-mühafizə orqanları Ankarada Amerika səfirliyinə atəş açmaqda şübhəli bilinən 2 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Ahmed Çelik və Osman Gündaş hücum zamanı istifadə etdikləri 9 mm kalibrli tabanca və 06 BDP 502 nömrəli avtomobillə birlikdə saxlanılıb. Şübhəlilər ilk ifadələrində hücumu birlikdə etdiklərini bildriblər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 5:30-da ağ rəngli minik avtomobilindən səfirliyə altı dəfə atəş açılıb. Güllələr metal qapıya və diplomatik missiyanın mühafizəçilərinin istifadə etdiyi tikilinin şüşəsinə dəyib. Heç kim zərər çəkməyib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Amerika səfirliyinə atəşi xaos yaratmaq cəhdi adlandırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir