Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavini Gözəl Bayrmalı barəsində Qazax rayon Məhkəməsinin, ardınca Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərarlar qanunsuz və əsassızdır. Həmin qərarlar ləğv edilməlidir.
Siyasətçinin vəkillərinin Ali Məhkəməyə təqdime tdikləri kassasiya şikayətində belə vurğulanır. Bu haqda Turan-a AXCP-dən bildiriblər.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, kassasiya şikayətində G.Bayramlıya bəraət verilməsi istənilib.
Kasasiya şikayəti artıq Ali Məhkəmədə icraata qəbul edilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.
AXCP sədrinin müavininin məhkəməsi sentyabrın 9-da başlayacaq.
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.