Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Kanal 13ün həbsdə olan direktorunun anası Almaz Həsənova reanimasiyaya yerləşdirilib

Bu barədə məlumatı Almaz Həsənovanın oğlu Anar Orucov öz Facebook səhifəsində verib.

“Almaz Həsənovanı Baş Prokurorluğun ağır cinayətlər idarəsinə aparıblar və orda 3 saatlıq dindirmədən sonra (müstəntiqlər Ramiq Babayev və Orxan Babayev) anamı təcili tibbi yardımla xəstəxanaya aparıblar və reanimasiyaya yerləşdiriblər. Anam 70 yaşındadır və …. insult keçirmiş xəstədir”.

Azərbaycanca yayımlanan Kanal 13 onlayn televiziyasının direktoru Əziz Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, jurnalistin vəkili Elçin Sadıqov bildirir. Kanal 13 televiziyasının direktoruna mayın 1-də 30 sutkalıq inzibati həbs cəzası verilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir