Bayram Məmmədov və Qiyas İbrahimovun həbsin ev dustaqligi və ya girovla əvəz edilməsinə dair vəsatətinə baxılacaq
Mayın 20-də saat 14.00-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə Bayram Məmmədov və Qiyas İbrahimovun həbsin ev dustaqligi və ya girovla əvəz edilməsinə dair vəsatətinə baxılacaq.
Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da həbs olunub və onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satmaq məqsədiylə külli miqdarda narkotik maddə saxlama və gəzdirmə) maddələrilə ittiham irəli sürülüb. Mayın 12-də isə Xətai Rayon Məhkəməsi hər iki gənc haqda həbsqəti imkan tədbiri seçən hökm çıxarıb.