Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) bu gün 2015-ci ildə Amerikanın Hyuston şəhərində keçirilmiş dünya çempionatının dopinqlə ilişmiş atletlərinin təkrar testinin nəticələrindən sonra medallardan məhrum edilmiş idmançıların adlarını açıqlayıb.
Onların arasında Azərbaycan yığmasının bürünc medal qazanmış üzvü Valentin Xristov (62 kq) da var. Onun medalı Kolumbiya təmsilçisinə verilib.
Bunda başqa, bizim yığmanın müxtəlif hərəkətlərə-birdən və təkanla təlimlərə görə qazandığı medallar da əlindən alınıb. Beləliklə, Valentin Xristov iki bürünc, Firidun Quliyev (69 kq) və Elxan Əliquluzadə (77 kq) hərəyə bir kiçik gümüş medaldan məhrum olublar.
Bütövlükdə Azərbaycan 5 medalını itirib.
Xatırladaq ki, Hyuston çempionatı ilə bağlı Azərbaycanın 6 atletinin dopinq-testinin təkrar nəticəsi müsbət olub. Onlardan 5 nəfəri, o cümlədən Xristov, Quliyev və Əliquluzadə 8, bir nəfər isə 4 il müddətinə diskvalifikasiya olunub. (virtualaz.org)