Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Müdafiə Komitəsi keçmiş müstəntiqdən narahatdır

“Müxtəlif bəhanələrlə “kars”a salınıb”

Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi iyulun 21-də növbəti toplantısını keçirib.
Bu barədə komitə üzvü, Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev məlumat yayıb.
E. Quliyev keçmiş müstəntiqin taleyi ilə bağlı narahatlığını ifadə edib:
“Etmədiyi cinayətə görə 9 il iş alan Rüfət Səfərovdan həbsxanada da əl çəkmirlər. Onun qapalı tipli cəzaçəkmə müəssisəsinə göndəriləcəyindən narahatıq”.
E. Quliyev deyib ki, bununla bağlı R. Səfərov valideynləri vasitəsilə ictimaiyyətə məlumat göndərib:
“O, 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyündən az sonra əvvəlcə müəyyən bəhanə ilə 3 gün, daha sonra isə 7 gün“kars”a ( cərimə kamerası-AR) salınıb. Bunu qapalı müəssisəyə göndərilməsinə hazırlıq kimi dəyərləndiririk ”
Vəkil Bəhruz Bayramlı isə qarşıdakı həftə R. Səfərovla görüşməklə bu məsələlərə aydınlıq gətirəcəyini söyləyib.
Müdafiə Komitəsinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
R. Səfərov Zərdab rayon prokurorluğunun müstəntiqi olub. 2015-ci il dekabrın 20-də hüquq-mühafizə orqanlarında vəziyyəti kəskin tənqid edərək istefa verib. Həmin il dekabrın sonunda R. Səfərov saxlanaraq Binəqədi Rayon Məhkəməsində hakim önünə çıxarılıb. Ona rüşvət alma ittihamı irəli sürülüb və barəsində 3 ay 26 gün həbs qət-imkan qərarı seçilib. 2016–cı ilin yanvarında həbs qət-imkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
2016-cı ilin sentyabrında Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib. Hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanır. (azadliq.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir