Aksiyaçılar gənc fəallara azadlıq tələb ediblər
Mayın 19-da bir qrup gənc Berlindəki Azərbaycan səfirliyinin qarşısında aksiya keçirib. Aksiyaçılar həbs olunan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun işgəncələrə məruz qalmasına etirazlarını bildirib, həmçinin onların azad olunmasını tələb ediblər.
Gənclər eyni zamanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın da azadlığa buraxılmasını istəyiblər. Aksiya iştirakçıları əyinlərinə üzərində Bayram Məmmədov, Qiyas İbrahimov və Xədicə İsmayılın şəkilləri olan köynəklər geyinməklə Azərbaycandakı insan haqlarının durumuna diqqət çəkmək istəyiblər. Analoji aksiyaların digər ölkələrdəki Azərbaycan səfirliklərinin də önündə keçirilməsi planlaşdırılır.