Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hakim oğlunu vuran şəxslə bağlı ilginc məlumat

Mayın 11-də Bakı şəhər sakini Kərimov Rəhim Yüzasif oğlu 90-AA-669 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili ilə Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi Rüfət Allahverdiyevin həyatına son qoydu.

hekim

Bəzi media qurumları xəbəri “hakim oğlu qəzada dünyasını dəyişdi” başlığı ilə verdi. Qeyd olunurdu ki, qəzada ölən şəxsin atası Elbəy Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimidir. Amma heç kəs 90-AA-669 dövlət nömrə nişanlı avtomobilin sahibi ilə maraqlanmadı.
Əldə etdiyimiz məlumata görə, qəza olan günü ADA-nın üçüncü kurs tələbəsi olan Rüfət sonuncu imtahanına hazırlaşırdı. Axşam dərslərini oxuyarkən yuxusu gəlib, aşağı düşüb ki, özünə sərinləşdirici içki alsın. Rüfətgilin evi 28 may küçəsi ilə Bülbül küçəsinin kəsişməsində yerləşir. Qəza Rüfət yeraltı keçiddən çıxarkən olub. Yəni o, piyada olaraq heç bir yol hərəkəti qaydasını pozmayıb. Rəhim Kərimov yüksək sürətlə idarə etdiyi avtomobillə səkiyə çıxıb, qarşısına keçən bütün maneələri əzib və tələbəni vurub.
Qeyd olunur ki, Rəhim Yüzasif Kərimovun oğludur. Yüzasif Kərimov Respublika Klinik Xəstəxanasının baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin üzvü olub. Rəhim Kərimovun idarə etdiyi maşın isə “Real” MMC qeydiyyatındadır. Qeyri-rəsmi məlumatlara görə R. Kərimov narkotik aludəçisidir və qəzanı törədərkən də narkotik vasitələrin təsiri altında olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir