Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müaliçə müəssisəndə vəkil Yalçın İmanov AXCP sədrinin müşaviri Məmməd İbrahimlə görüşüb. Məmmməd İbrahim ona səhətində yaranan problemlərin qismən yoluna qoyulduğunu bildirib. Buna baxmayaraq müalicəsi davam etdirilir.
Eləcə də, Məmməd İbrahim Ali Məhkəmədəki prosesdə iştirakının təmin edilməsi ilə bağlı Penitensiar Xidmətə və Ali Məhkəməyə məktub gəndərib.
Məmməd İbrahim həmçinin ona mətbuatın çatdırılmamasından şikayətlənib.