Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Göyçay rayonunda 30 nəfər xanımın iştirakı ilə keçirilən tədbir iki saatdan artıq davam edib.
Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində iştirakçılara məlumat verib.
Daha sonra tədbirdə məruzə ilə çıxış edən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü Xalid Kazımov iştirakçılara Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (AHT) ilə bağlı məlumat verib.
X.Kazımov bildirib ki, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (AHT) yaradılması ideyası 2011-ci ildə Vaşinqtonda 8 ölkə təmsilçiləri və bir sırqa beynəlxalq QHT-ləri tərəfindən isrəli sürülüb: “Bundan sonra ABŞ və Brazilyanının rəhbərlik etdiyi İşçi Qrup AHT-nin struktur və prinsiplərini işləyib hazırlayıblar. 2011-ci ilin iyul ayında Vaşinqtonda ABŞ dövlət katibi Hilları Klinton rəsmən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünü elan edib. AHT-nin missiyasına hökumətlərin daha şəffaf, daha hesabatlı və vətəndaşlara münasibətdə daha məsuliyyətli olmasıdır. AHT ilə bağlı Bəyannaməni imzalyan ölkələr hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması ilə bağlı öhdəlik götürüblər. Təşəbbüsə qoşulan ölkələr bir qayda olaraq iki illik fəaliyyət planı hazırlayır. AHT Rəhbər Komitəsi isə sonradan bu Fəaliyyət Planını monitorinq edir və rəyini açıqlayır. Mövcud tələblərə görə Fəaliyyət Planı koordinasiyaya cavabdeh müvafiq dövlət qurumu tərəfndən də monitorinq olunmalı və nəticələr ictimaiyyət üçün açıqlanmalıdır. Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Azərbaycan hökuməti Açıq Hökumət Tərəfdaşlığına qoşulmaqla açıq hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib. “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 2421 saylı, 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib. 27 aprel 2016-cı il tarixdə Prezidentin müvafiq sərəncamı ilə isə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir. Bir sıra subyektiv səbəblərlə bağlı 2016-cı il mayın 4-də Açıq Hökumət Təşəbbüsü (AHT) Rəhbər Komitəsi tərəfindən Azərbycanın statusunun müvəqqəti dondurulması barədə qərar qəbul ounub. Buna baxmayaraq, Azərbaycan açıq hökumətin prinsiplərinə sadiq olacağını elan edib”.
Daha sonra “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” haqqında iştirakçılara məlumat verən Xalid Kazımov fəaliyyət planında görülməsi planlaşdırılan işlərlə bağlı sualları cavablandırıb.
Eyni zamanda iştirakçılara respublikamızda dövlət qurumlarının göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı nəzəri və təcrübi məlumat verilib.
Sonda iştirakşıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər Qəbələ, İsmayıllı, Quba, Qusar və Xaçmaz rayonlarında keçiriləcək.