Rusiyada 2018-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Osloda təşkil olunacaq matç Ullevaal stadionunda keçiriləcək.
Qeyd edək ki, qarşılaşma yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq.