Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Filippin prezidenti Trampın dəvətinə “çox məşğulam” cavabı verib

Narkotiklərlə mübarizədə tətbiq etdiyi amansız üsullara görə zaman-zaman Birləşmiş Millətlər Təşkilatının və bir çox insan hüquqları təşkilatının ittihamları ilə üzləşən Filippin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Donald Trampın dəvətinə cavab verib.

Yaxın günlərdə Tramp ilə telefon söhbəti edən və Ağ Evə dəvət olunan Duterte mətbuat nümayəndələrinə açıqlamasında “qəti bir söz verə bilmərəm, çünki çox məşğulam, Rusiya və İsrailə getməliyəm” söyləyib.

Trampın, sələfi Barak Obamaya söyən Duterteni Ağ Evə dəvət etməsi ABŞ-da təpki yaratsa da, o, Filippinin strateji və hərbi baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu söyləmiş və Duterteni dörd gözlə gözlədiyini bildirmişdi.

Trampın noyabr ayında Filippini ziyarət edərək, Duterte ilə görüşməsi gözlənilir.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir