Fransada keçirilən prezident seçkilərinin birinci turunun ilkin qalibləri açıqlanıb.
“Report”un Fransa bürosu xəbər verir ki, namizədlər arasında ən çox səs toplayanlar «İrəli» hərəkatının təsisçisi Emmanuel Makron və sağ Milli Cəbhə Partiyasının lideri Mari Le Pen olub.
Onlar müvafiq olaraq 23,7 və 22,7 faiz səs toplayıblar.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 11 namizəd mübarizə aparır.