Lüksemburqda yerləşən Avropa Məhkəməsi Krımın ilhaqının ardınca bir neçə Rusiya şirkətinə qarşı qəbul edilmiş Aİ sanksiyalarının qanuni olduğu barədə qərar çıxarıb.
Rusiyanın neft nəhəngi Rosneft sanksiyaların Aİ-nin daxili qanunvericiliyinə zidd olduğunu iddia edirdi.
Məhkəmə hökmündə neft şirkəti tərəfindən irəli sürülmüş iradların təfərrüatları açıqlanmır.
Aİ məhdudiyyətlərini tənzimləyən Avropa Şurasına qarşı məhkəmə iddiası 2014-cü ildə, o cümlədən Rosneft şirkəti və iş adamı Arkadiy Rotenberq tərəfindən, qaldırılıb.
Rosneftlə yanaşı həmin dövrdə sanksiyalar siyahısına Qapzpromneft, Transneft və 5 daha dövlət bankı salınıb. (BBC azeri)