Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

50 yaşlı kişi özünü asdı

Balakəndə kişi intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 4-ü axşam saatlarında rayon Qaysa kəndində qeydə alınıb.
Kənd  sakini, 1967-ci il təvəllüdlü Rəfayıl Əli oğlu Nuriyevin meyiti yaşadığı evin pilləkən qəfəsinin  tavanından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Araşdırma zamanı iki övlad atası olan 50 yaşlı Rəfayıl Nuriyevin intihar etməsi məlum olub. Məlumatda bildirilir ki, Rəfayıl Nuriyev son illər əsəb xəstəliyindən əziyyət çəkirib.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir