Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmar İbadov ağır yol qəzası törədib. Bu barədə olke.az xəbər yayıb.
Məlumata görə, hadisə avqustun 22-də Bakı şəhərində baş verib. Elmar İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb.
Hadisə nəticəsində qadının vəfat etdiyi bildirilir. Məlumata görə, hadisədən sonra Elmar İbadov polis tərəfindən saxlanılıb.
Elmar İbadov qəzanı “Range Rover” markalı avtomobillə törətdiyi yazılsa da, onun əslində 10-AC-100 markalı “Galandwagen” markalı maşına da sahib olduğu bilinir. Və onun bu maşınla şəhərdə daha çox hərəkət etdiyi deyilir.