Mühacirətdə yaşayan Camal Seyidlinin yeznəsi həbs edilib. Bu barədə siyasi fəalın özünü ”fb” profilində məlumat verib.
C.Seyidli qeyd edir ki, yeznəzi Aydın Məmmədov bu gün yaşadığı evdən bayıra çıırılıb və Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aparılıb.
”Heç bir partiyanın üzvü olmayan yeznəm mənim siyasi fəallığıma və sosial şəbəkədə yazdığım tənqidi statuslara görədir. Bütün ailə üzvlərimə və qohumlarına təzyiq göstərirlər. Məni bu cür təziqlərlə, həbslərlə qorxutmaq istəyirlər. Amma məni haqq yolundan döndərə bilməyəcəksiniz. İstəyirsiniz bütün tayfamı həbs edin, amma bu yolda öldü var döndü yoxdur”-deyə o qeyd edib.
C.Seyidli əlavə edib ki, A.Məmmədov məhkəmənin hökmü ilə 30 sutka həbs edilib.
.