Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Rusiya bizə bunu etməyə icazə verməz” – Ohanyan

Niyə Ermənistan ona silah satmağa hazır olan Çin və İsraildən silah almır? Niyə Ermənistan ordusunu yalnız Rusiya Federasiyasından alınan silahla silahlandırırlar?
Avropa.info xəbər verir ki, “Aykakan Jamanak” qəzeti yazır ki, bənzər sual Ermənistan müdafiə naziri Seyran Ohanyanla parlament deputatlarının qapalı görüşündə verilib.
Qəzet yazır: “Bu suallar Rusiyanın 200 milyon dollar kredit qarşılığında ermənilərə vəd etdiyi silahın gətirilməsində gecikmə ilə bağlı müzakirə zamanı səslənib. Ohanyan dolayısı yolla başa salıb ki, Rusiya Ermənistana başqa ölkələrdən silah almağa icazə verməz. O, əlavə edib ki, Ermənistan bu günədək Rusiyadan silah alıb və belə də davam edəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir