Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Zakir Qaralov iki məmurla bacarmır?

z qaralovBaş Prokurorluq şəhid atasının müraciətinə niyə laqeyd yanaşır?

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov növbəti dəfə Baş prokuror Zakir Qaralova müraciət edib. Əli Hüseynov Sahibkarlığa Kömək Milli Fondununun rəhbəri Şirzad Abdullayev və “Aqrarkredit”in sədri Məmməd Musayev barədə etdiyi müraciətlərə laqeyd yanaşılmasından şikayət edir. Əli Hüseynov yazır: “Cənab baş prokuror, 7-8 aydır ki, mənim və oğlumun şikayəti “işçiləriniz” tərəfindən Yasamal rayon Prokurorluğunda dondurulmuş vəziyyətdə saxlanılır. Prezidentin xüsusi sərəncamlarını və qanunlarını sizin ədalətsiz və maraqgüdən işçiləriniz tapdayırlar. Şəhid atasına hörmətsizlik edirlər. 7-8 aydır ki, məni və oğlumu süründürüb müflis vəziyyətinə qoyan iki məmura cinayət işi başlamaq əvəzinə işi şikayət etdiyim orqana göndərirlər. Şəhid ailəsinə kreditin verilməsinin araşdırılıb baş prokurora və şikayətçiyə məlumat vermək göstəriş verilib. Bu isə qanunlarımıza tamamilə ziddir. Bu hərəkətlər ölkənin prokurorluq sistemini gözdən salır. Baş prokurorluq tərəfindən İqtisadiyyat Nazirliyinə üç dəfə təqdimat və göstəriş göndərsəniz də, bizə heç bir cavab verilməyib. Bu da şəhid atasına prokurorluq işçilərinin necə işlədiyini sübut edir. Nazim Abbasovun mənasız məktubundan başqa 7 ayın içində mənə məktub gəlməyib.
Mən sizi mərhum Heydər Əliyevin ruhuna and verdim ki, bu məsələyə diqqət edəsiniz. Demədim ki, məni süründürməçiliyə məruz qoyasınız. Mən növbəti dəfə sizi mərhum prezidentimizin ruhuna and verirəm ki, bir şəhid atası kimi məni dinləyəsiniz və bu işin haqq-ədalətlə araşdırılıb qərar verilməsinə kömək edəsiniz”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir