ABŞ-la Şimali Koreya arasında münasibətlər gərginləşib.
Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın xarici işlər naziri Rex Tillerson Şimali Koreya nüvə proqramını dayandırmadığı təqdirdə həmin ölkəyə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini açıqlayıb: “Əlbəttə, vəziyyətin müharibəyə çevrilməsini istəmirik. Yalnız görsək ki, Şimali Koreya həddini aşır, o zaman müharibə qaçılmaz olacaq”.
Bundan əlavə olaraq Cənubi Koreyanın da xarici işlər naziri Yun Byung-Se də ABŞ-a müttəfiqlik edəcələrini deyib: O, səbrlərini tükəndiyini bildirib.