Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İranda kömür şaxtası partladı:35 ölü – Yenilənib (FOTOLAR)

İranda kömür şaxtasında partlayış baş verib.
“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında – Gülüstan vilayətinin Azadşəhr şəhərində qeydə alınıb. Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Kulivand bundan əvvəl bildirib ki, dağıntılar altında 90 nəfər var. O, həmçinin əlavə edib ki, xəstəxanaya 28 nəfər çatdırılıb.
Hadisə zamanı 21 nəfər həlak olub. İnsidentin təfərrüatları araşdırılır.

***

İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii bildirib.

Bundan əvvəl, hadisə nəticəsində 21 nəfərin öldüyü, 69 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hadisə ölkənin şimal-qərbindəki Gülüstan vilayətinin Azadşəhr şəhərində baş verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir