Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Tramp Rusiya əleyhinə sanksiyaları yumşaltmadığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə bağlı sanksiya rejimlərinin yumşaldılması haqqında qərar qəbul etməyib.

“Report” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Mən heç nəyi yumşaltmamışam”, – deyə o, “Harley-Davidson” şirkət nümayəndələriylə görüşün gedişatında Rusiya əleyhinə sanksiyaların yumşaldılması ilə bağlı jurnalistlərin suallarına cavab verərkən bildirib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Sanksiyalaşdırma Bölməsi “Əsas lisenziya nömrə 1″ adlı sənədi dərc edib. Sənəddə göstərilir ki, Amerika hakimiyyəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti barəsində sanksiya rejimini dəyişdirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir