Bakıda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun 48-ci iclası başlayıb.
APA-nın məlumatına görə, iclasda işçi qrupunun Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistandan olan üzvləri iştirak edirlər. İclas işçi qrupunun Azərbaycandan olan üzvü, xarici işlər nazirinin müavini Xələf Xələfovun sədrliyi ilə keçirilir.