Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

MSK sədri siyasi partiyalara xəbərdarlıq edib

Məkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.
M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.
Onun sözlərinə görə, MSK-ya hesabatlar daxil olur: “Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir