Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Bələdiyyələrin Ümumi Yığıncağı keçirildi

beled
Aprelin   28-də   Bakı   şəhəri   Binəqədi   rayonunun   Mədəniyyət   mərkəzində  Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

Tədbirdə   Azərbaycan   Respublikası   Prezidenti   Administrasiyasının,   Milli   Məclisin, Ədliyyə Nazirliyinin, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Ümumi yığıncağın işində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş   komissiyasının   hesabatları,   2016-cı   il   üçün   büdcə,   yerli   büdcəninformalaşması və   iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulmasıməsələləri müzakirə  olunub.  Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi,   beynəlxalq   qurumlar   və   qeyri   hökumət   təşkilatları,   xarici  ölkələrinassosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm davam etdirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Regionalidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri   Emin   Eyvazov   öz   çıxışında   qeyd   edib   ki, bələdiyyələr  ölkəmizin  inkişafındaəhəmiyyətli rol oynayır, onlar cəmiyyətdə özünəməxsus nüfuz qazanıb, əhalini narahat edənsosial   əhəmiyyətli   məsələləriinin   həllini   tapmağa,   vətəndaşları   yerli   özünüidarəetməproseslərinə cəlb etməyə çalışıb. Bu işdə Milli Assosiasiyaların böyük töhfəsi var.

Son 1il ərzində Milli Assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, bu sahədə ortaya çıxan problemlərin həll edilməsi, ölkəmizdə yerli özünüidarəetməningücləndirilməsi və inkişaf etdirillməsi üçün bir çox işlər görülüb. Bələdiyyələrimiz işlərinielə qurmalıdır ki, həm büdcə gəlirləri öz tələblərini ödəyə bilsin, həm də vətəndaşlararasında nüfuzu və hörməti artsın. Bələdiyyələrimiz irəliləyişin əldə olunması üçün vergiödəyicilərinin dəqiq uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təminetməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin,bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun“. Tədbirdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir