Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Əmək haqqının az olması müəllimin rüşvət almasına səbəb olur”.

 14169710_1100908826641239_1024687221_nAzərbaycanda büdcədən təhsilə ayrılan vəsaitin həcmi artırılsa da, təhsil haqqı qaldırılsa da müəllimlərin maaşı dəyişilməz olaraq qalır. Hesablamalara görə, 2016-cı ildə təhsil haqqına görə 5 milyon manat çox vəsait toplanacaq. Sizcə Ülviyyə xanım bu artım müəllimlərin layiqli əmək haqqı almasına təsir göstərəcəkmi?

Azərbaycanda ali təhsil sistemində plan yerləri üzrə dövlət sifarişinin azalması və ödənişli əsaslarla təhsil xidmətinin artması tendensiyası müşahidə olunur. Belə getsə yaxın illərdə bütün ixtisaslar üzrə təhsil ödənişli əsaslarla olacaq. Üstəlik, hər il təhsil haqları orta hesabla 25 faiz artırılır. Bu isə tələbələrin daha çox xərcə düşməsi deməkdir. Valideynlər övladlarını oxutmaqda əziyyət çəkirlər. Hətta bəzi hallarda tələbələr təhsillərini yarımçıq qoymaq məcburiyyəti qarşısında qalırlar. Onlar daha ucuz təhsil verən məktəblərə üz tuturlar ki, onlarda da təhsilin keyfiyyəti ürəkaçan səviyyədə deyil.

   Ülviyyə xanım keyfiyyətli təhsil aztəminatlı ailələrə nə üçün əlçatmaz olub?.

2016-cı ilin büdcəsində artımla proqnozlaşdırılan azsaylı mədaxil mənbələrindən biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalardır. Ötən il bu mənbədən 300 milyon manat vəsait proznozlaşdırılmışdı. Bu il ərzində həmin mənbədən əvvəlki illə müqayisədə 5 milyon manat çox vəsaitin daxil olması gözlənilir. Çox güman ki, artıq proqnozlaşdırılan 5 milyon manat ali təhsil sistemində ödənişli təhsil üzrə plan yerlərinin artması və ödəniş məbləğinin artımı hesabına təmin ediləcək. Artımı proqnozlaşdırılan 5 milyon manat büdcə üçün böyük gəlir mənbəyi hesab olunmasa da, xüsusilə də tələbə oxutduran aztəminatlı təbəqənin sosial vəziyyətini əhəmiyyətli dərəcədə pirləşdirir.

Necə bilirsiniz bu halın qarşısını almaq üçün dövlətin ciddi təhsil proqramı olmalıdır?.

Ailələr min bir əziyyətlə övladlarına təhsil verirlər, ali məktəblərdə oxudurlar. Amma təəssüf ki, bu məsələdə dövlət valideynlərə dəstək durmur. Problem həm də ondadır ki, ali məktəblərdə təhsil haqları hesabına formalaşmış büdcənin xərclənməsində şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq yoxdur. Üstəlik, təhsil haqlarının artımı hesabına əldə edilən əlavə vəsait əsasən əmək haqlarında maddiləşməli və ali məktəb müəllimlərinə layiqli məvacib verilməlidir. Təəssüf ki, biz bunun da şahidi ola bilmirik. Əvəzində nə baş verir. Əmək haqqının az olması müəllimin rüşvət almasına səbəb olur. Təhsil sistemində bu hadisələrin baş alması “məmur maragının” məhsulundur. Müəllim imtahan, semestr vaxtı tələbələrdən rüşvət almaq məcburiyyətində qalır. Bu isə təhsilimiz üçün çox ciddi problemdir. Bu halın qarşısını almaq üçün dövlətin ciddi təhsil proqramı olmalıdır. İnkişaf etmiş ölkələrin təhsil sisyemlərindən yararlanmalıyıq. Əks təqdirdə Azərbaycan təhsilini bundan çox ciddi fəlakət gözləyir.

Ə.Əliyev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir