Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Milliön aparatları yeni tarix icad edib: 31 iyun

Elektron aparatlar da ölkədə olan banklar kimi saxta işləyir

Azərbaycanda küçələrdə, mağazalarda və yeraltı keçidlərdə istifadədə olan elekton ödəmə portallarında ciddi problemlər var. Ödəmələrin sistemə vaxtında oturmaması ilə bağlı narahatlıqlar bir yana hətta maşınların çap etdiyi ödəmə qəzbzlərində də saxta informasiyalar olur. Bunların ən ciddisi real ödəmə tarixnin qəbzin üzərində çap edilən ödəmə tarixi ilə üst-üstə düşməməsidir.

Edilən ödəmələr hətta bəzən cəmi 30 gündən ibarət olan bir hansı bir ayın 31 -cü gününə də təsadüf edə bilər. Bununla bağlı mediaya müraciət edən Bakı sakini Qiyas Qasımov ödəmə etdikdən sonra aparatdan çıxan qəbzdən narahatlıq keçirdiyini deyir: “Gördüm iyunun 30-da etidyim ödəmə 31 iyun yazılıb. Əvvəl diqqət etmədim amma sonra anladım ki heç belə gün yoxdu iyun ayında. Tez zəng edib əlaqə saxladım onlarla. Qəbzin nömrəsini soruşandan sonra mənə dedilər ki texniki problemdir narahat olmağa dəyməz. Guya əsas qəbzin nömrəsidir ki, ödəniş olub. Amma qoyduğum pul hesaba oturdu”.

Bu məsələyə münasibət bildirən ekspertlərin fikrincə isə sistem özü səhv edə biməz: “Bu, sistemdə bəlkə də qəsdən edilmiş bi səhv ola bilər, çünki sistemin olmayan tarixə qəbz verməsi mümkün deyil. Bununla da bəlkə yığılan pulları bir gün öz hesablarında saxlayıb dpvriyyəsindən gəlir əldə etmək istəyirlər” – deyə İT mütəxəssisi Nail Allehverdi deyir.

Bu da Azərbaycanın bir gerçəkliyi: elektron ödəmə aparatlarında gündəlik toplanan milyonlarla pul banklara 1 gün gecikdirilməklə çatdırılır və kimlərsə bu pulların 1 günlük də olsa dövriyyəsindən elə milyonlar qazanır. Bir ölkənin maliyyə sisteminin əsası olan banklar saxta işləyirsə onda dilsiz-ağızsız elekton aparatlar niyə saxta işləməsin.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir