Lavrov: “NATO sərhədlərimizə yaxınlaşmaqda davam edəcəksə, cavab tədbirləri görəcəyik”
Bakı-APA. NATO öz ifrastrukturunu Rusiyanın sərhədlərinə yaxınlaşmaqda davam edəcəksə, Moskva lazımi hərbi-texniki tədbirlər görəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəriSergey Lavrov bildi
“Biz həmişə xəbərdarlıq etmişik ki, Alyans şərqə doğru hədsiz genişlənmək siyasətini apardıqda anlamalıdır ki, hərbi ifrastruktur Rusiyanın sərhədlərinə yaxınlaşmaqda davam edəcəksə, biz, təbii ki, lazımi hərbi-texniki tədbirlər görəcəyik. Necə deyərlər, burada şəxsi heç nə yoxdur, yalnız biznes var”, – deyə Lavrov İsveçin “Dagens Nyuheter” nəşrinə müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, qərb ölkələri hər dəfə bəyan edirlər ki, NATORusiyanın təhlükəsizliyinə xətər gətirə biləcək heç bir addım atmayacaq: “Lakin, infrastruktur artıq qapımızın kandarındadırsa, biz, yəqin ki, səsləndirilən niyyətlərə yox, gözlərimizlə gördüyümüzü əsas götürəcəyik”