İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı oyunçusunun adı müəyyənləşib.
Azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç ötən ayın ən yaxşı futbolçusu seçilib. O, 24 min 92 səslə ilk pillənin qalibi olub. Onun ən yaxın izləyicisi Adam Lallana (“Liverpul”) isə cəmi 17 min 935 səs toplayıb. 3-cü pillədə 11 min 944 səslə “Çelsi”nin müdafiəçisi Sezar Aspilikueta qərarlaşıb.
Qeyd edək ki, İbrahimoviç dekabr ayında PRemyer Liqada 6 oyunda iştirak edib. O, bu görşlərdə 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.