Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mirvari Qəhrəmanlı: ”Hüquq müdafiəçisini əhalini qızışdırmaqda suçlamaq heç bir həddə sığışmaz.”

Mirvari Qəhrəmanlı: ”Hüquq müdafiəçisini əhalini qızışdırmaqda suçlamaq heç bir həddə sığışmaz.”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə onu şantaj edən şəxslə bağlı hüquq-mühfizə orqanlarına müraciət edib. M.Qəhrəmanlı bununla bağlı bəyanat yayıb. Hüquq müdafiəçisinin yaydığı bəyanatda bildirilir ki, onu yazdığı tənqidlərlə əhalini qızışdırmaqda, hökumətə qarşı çağırışlarda günahlandırırlar.
“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı ölkənin hasilat sənayesində insan hüquqlarını qoruyan hüquq-müdafiə təşkilatıdır. (nhmt-az.org) Bununla əlaqədar monitorinqlər, qiymətləndirmələr, hesabatlar hazırlayıb cəmiyyətə təqdim edirik.Təbii ki, təşkilatın bu yönümdə fəaliyyəti bəzi şəxsləri, müəyyən qurumları narahat edir, müəyyən üsullarla təşkilata təzyiq etməyə çalışırlar. Yazılarıma, hesabatlarıma, araşdırmalarıma görə dəfələrlə müəyyən təzyiqlərə məruz qalmışam. Təbii ki, belə hallar olub və olacaq da. Belə hallar bizi narahat etmir. Ancaq hüquq müdafiəçisini əhalini qızışdırmaqda suçlamaq, bu, artıq heç bir həddə sığışmaz.” – deyə M.Qəhrəmanlı qeyd edib.
Mirvari Qəhrəmanlı ölkənin neft sektorunda baş verən qəzalara verdiyi şərhlərdən, neft sektorunda ölkənin əmək qanunvericiliyinin pozulması barədə müxtəlif mətbu orqanlarda, sosial şəbəkələrdə gedən açıqlamalarından sonra ona qarşı şantajlara başlandığını deyir. Onun sözlərinə görə, Aygün İsmayılova adlı kimliyi bəlli olmayan şəxs təşkilat rəhbərindən SOCAR və “Azəriqaz”ın nailiyyətləri barədə sosial şəbəkədə yazıların silinməsini, xoş sözlər yazılmasını tələb edib. Sonra isə Mirvari Qəhrəmanlıya “kasıb camaatı, insanları qızışdırmaqda” ittihamı irəli sürülüb. M.Qəhrəmanlı bunun kimlərsə (qurumlar) tərəfindən göndərilən növbəti ciddi mesaj olduğunu düşünərək, hüquq-mühafizə orqanlarına müraciət edib.(Yukselis.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir