Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyytinə qarşı sanksiyalar tətbiq etməlidirlər”

İctimai siyasi fəal Elyar İsgəndərov ölkədəki siyasi represiyalara münasibət bildirib.

O, baş verənləri Stalinin 37-ci həyata keçirdiyi “Qırmızı terror”a bənzədir:

“Son 2 ildə vətəndaş cəmiyyəti üzərinə təqiblər getdikcə daha tez-tez İosif Stalinin geniş repressiyalarını xatırlatma olaraq “davam edir 37” sözləri ilə ifadə olunur. 2014-cü ildən başlayaraq Azərbaycanın ən görkəmli fəalları və insan haqları müdafiəçiləri müxtəlif ittihamlarla dəmir barmaqlıqlar arxasına salınıblar. Bu adamların əksəriyyəti – Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev kimi ölkədə insan haqlarının pozulduğuna dair iddiaları dünyaya çatdırmaq üçün məşhur təşkilatlarla birgə fəaliyyətlərinə görə beynəlxalq aləmdə yaxşı tanınırdılar. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) faktiki olaraq bağlandı və tanınmş QHT sədri Emin Hüseynov ölkəni tərk etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan hökuməti israr edir ki, ölkədə heç kəs öz siyasi inanclarına görə məhbus edilmir. Buna baxmayaraq ölkədə zaman-zaman fəallar həbs edilir. Son olaraq, Müsəlman Birliyi Hərəkatı üzvlərinin həbsi və onlara dəhşətli işgəncələrin verilməsi hakimiyyətin stalinsayağı represiyyalarından xəbər verir.

Ölkədə azad media qurumları bir-bir sıradan çıxarılır. Azadlıq radiosu, Meydan TV və Azadlıq qəzetinin bağlanması hakimiyyətin tənqidlərə necə dözümsüz olduğunu göstərir. Jurnalistlər yüksək vəzifəli məmurları artıq tənqid edə bilmirlər. Əks təqdirdə DTX, BONDOTDEL, Baş Prokurorluq işə qarışır. Tək-tük media orqanları qalıb ki, onlarda fəaliyyətlərində loyallaşmağa məcbur qalıblar.  Hakimiyyətə yaxın olan ANS telekanalının fəaliyyətinə belə imkan vermədilər. Çünki kanal müstəqil idi. Məşhur “Turan” agentliyi məlum səbəblərdən əvvəlki qaydada faliyyət göstərə bilmir. Represiyalar istər-istəməz sözünü deyir”.

Elyar İsgəndərovun fikrincə ölkədə ifadə azadlığınn məhdudlaşdırılması hakimiyyətin demokratiya yolundan birdəfəlik imtina etdiyini göstərir:

“Çox təhlükəli tendensiya yaranıb. Azad media və müstəqil vətəndaş cəmiyyəti təsisatlarının olmaması ölkədə tam avtoritar bir rejimin yaranması deməkdir.  Hakimiyyət istədiyi kimi özünə yaxın olan media qurumları, QHT-lər, hətta müxalifət yaradıb. Əlbəttə bütün bunları görüntü üçün yaradırlar. Amma başa düşmək istəmirlər ki, fors-major vəziyyətlərdə elə onların özünə azad media lazim olacaq. Artıq ölkə əhalisi Azərbaycan mediasının xəbərlərinə etibar etmir. Xarici ölkələrin medialarına inanırlar. Bu olduqca böyük bir təhlükə deməkdir”.

İctimai siyasi fəal çıxış yolu kimi sivil dünyanın hakimiyyətə təzyiqləri gücləndirməkdə görür:

“Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyytinə qarşı sanksiyalar tətbiq etməlidirlər.   Bəyanat və qətnamə qəbul etməklə Azərbaycan hakimiyyəti represiiyalardan geri çəkilən deyil”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir