Gənc bloqger Mehman Hüseynov Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni imarətini tapıb və onun videosunu yayıb.
Bloqger nazirin yeni villasının harada tikildiyi barədə məlumat verməsə də, tikilinin Bakıda olmadığını təxmin etmək olur. Nazir 5 mərtəbədən ibarət olan və hələlik tikintisi davam etdirilən evə lift də quraşdırıb.
M.Hüseynov paylaşdığı videoda bu mülkün nazirin saysız-hesabsız villalarından biri olduğunu iddia edir: “Bu dəfə Sosial müdafiə naziri Səlim Müslümovun mülklərini araşdırıb, tapdıq. Yaşlı
vətəndaşlarımız aldığı xırda-xuruş pensiya ilə dolana bilmirlər, diri-diri məhv olub gedirlər amma nazirimiz xalqdan oğurladığı pullar ilə özünə saraylar tikdirir”.