Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Gürcüstan Avropaya elektrik avtobusları satacaq

Gürcüstanın “Freqobas” şirkəti Tbilisidə Almaniya və Çin tərəfdaşları iləbirlikdə elektrikli avtobus istehsalı üzrə zavod açacaq.

Sirkətin rəhbəri Murmana Patarayanın verdiyi məlumata görə, müəssisə Tbilisi yaxınlığında yerləşəcək və burada təxminən 150 nəfər işləyəcəkdir.

Zavodda elektrik avtobusların yığılması və lazımi hissələrinin istehsalı nəzərdə tutulur. Avtobusa elektrik yığmaq üçün lazım olan qurğular şirkətin tərəfdaşları tərəfindən təmin ediləcək

İldə 300-400 avtobusun yığılması və  Avropa İttifaqının müxtəlif ölkələrinə ixracı nəzərdə tutulur.

“Freqobas”  2017-ci ilin noyabr ayında Çinin “ZTE Corporation” və Almaniyanın “Eurobus” şirkətilə Gürcüstanda  elektrikli avtobus istehsalı məqsədi ilə saziş imzalayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir