Türkiyədə FETÖ işi üzrə Energetika Nazirliyi və Təhsil Nazirliyinin 85 əməkdaşı həbs olunub.
CNN Türk-ün xəbərinə görə, növbəti həbs dalğasının təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyədə FETÖ ilə əlaqələrinə görə 50 mindən artıq insan həbs olunub. Həbslər Türkiyədəki məlum hərbi qiyam cəhdindən sonra başlayıb.
“Təmizləmə əməliyyatı” çərçivəsində 150 mindən artıq insan işdən azad edilib.