Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Saakaşvilinin tərəfdarları Kiyevdə aksiya keçirir

2kqvky5Mixail Saakaşvili və onun bir neçə yüz tərəfdarı Kiyevin mərkəzində, Vyaçeslav Çernovolun abidəsi yaxınlığında aksiya keçirir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  “Hazırkı Radanın son qışı!” şüarı ilə keçirilən aksiyada keçirilən aksiyada Ukraynada yeni Seçki Məcəlləsi əsasında, yeni tərkibdə Mərkəzi Seçki Komissiyası vasitəsi ilə təcili növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb edilir.

Aksiyaçılar deputat toxunulmazlığının da ləğv edilməsini istəyirlər. M. Saakaşvili aksiyada çıxışında deyib ki, Ukraynanı böyük dövlətə çevirməyin yolunu bilir və birlikdə bu arzunu həyata keçirəcəklər: “Biz qalib gələcəyik və Ukraynanın zənginliklərini və ölkənin potensialına inamı xalqa qaytaracağıq. Biz tək yeni siyasi qüvvə yox, həm də yeni siyasi sinif yaradacağıq”.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti M. Saakaşvili noyabrın əvvəlində bu ilin mayında təyin edildiyi Odessa qubernatoru vəzifəsindən istefa verib. M. Saakaşvili Ukrayna prezidenti də daxil olmaqla, ölkə rəhbərliyini korrupsiyada, şəxsi mənfəətlər güdməkdə ittiham edib. Qanunverici orqan olan Ali Radaya yeni seçkilərin keçirilməsi və hökumətin dəyişməsini qarşıya məqsəd qoyan M. Saakaşvili yeni siyasi hərəkat yaratdığını da bəyan edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir