Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Tramp iddia edir ki, prezident seçkisində milyonlar qanunsuz səs verib

tramp-dava-300x200ABŞ-ın seçilmiş prezidenti Donald Trump əmin edib ki, 8 noyabr prezident seçkilərində “qanunsuz səs verən milyonlarla insan çıxılarsa” o üstünlük qazanıb.

Elektoratın səs çoxluğunu qazanan Respublikaçılar deyilən bu iddiaları dəstəkləyəcək hər hansı sübut təqdim etməyib.

Bu, onun Demokratlardan olan rəqibi Hillary Clinton Yaşıllar Partiyası (Green Party) nümayəndəsinin səslərin yenidən sayılması ilə bağlı təşəbbüsünü dəstəkləyəcəyini deməsindən sonra başlayıb.

Xanım Clinton əhali arasında keçirilən seçkidə cənab Trump-dan 2 milyon çox səs toplayıb.

Buna baxmayaraq, cənab Trump elektoratın tələb olunan 270 səs limitini artıqlaması ilə keçərək prezident seçilib.

Öz tviter hesabında Trump yazıb: “Elektoratın çox sayda səs üstünlüyü ilə qələbə qazanmağıma əlavə olaraq, qanunsuz səs verən milyonlarla insanı saymasaq mən əhalinin də səsini qazanmışam.”

Cənab Trump həmçinin xanım Clinton-nun səs üstünlüyü qazandığı Viginiya, New Hampshire və Kaliforniyada “ciddi səsvermə fırıldaqçılığı” olduğunu iddia edib və ABŞ mediasını bu haqda yazmamaqda günahlandırıb.

Hillary Clinton məğlubiyyətini noyabrın 8-i etiraf edibImage Hillary Clinton məğlubiyyətini noyabrın 8-i etiraf edib

Yaşıllar Partiyasından olan namizəd Jill Stein əmin olmaq istəyir ki, xakerlər səsləri cənab Trump-ın xeyrinə təhrif etməyib.

Rusiyanın müdaxiləsi haqda mümkün ehtimallarla bağlı narahatlıqlar səsvermədən əvvəl də ifadə olunmuşdu.

ABŞ hökuməti demişdi ki, Demokratik Milli Komitəyə qarşı xaker hücumu arxasında Rusiya dövlət nümayəndələri durur, lakin iddia rəsmi Moskva tərəfindən inkar edilmişdi.

Xanım Clinton-nun kampaniyası deyib ki, onlar Wisconsin-də yenidən səs sayma prosesinə qatılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir