Son günlər AXCP sədri Əli Kərimliyə qarşı kampaniya başlanıb. Belə ki, hər gün tələbələrdən və hakimiyyətyönümlü siyasi partiyaların təmsilçilərindən ibarət şəxslər Əli Kərimlinin evinin qarşısında aksiyalar keçirir, Qarabağa aid şüarlar səsləndirirlər.
Bu televiziyalar vasitəsilə yayımlanır və AXCP sədrinin ünvanına tənqidi fikirlər söylənilir.
Aprelin 13-də bir qrup ictimai şəxs Əli Kərimliyə dəstək məqsədilə onun evini ziyarət ediblər. Hüquqşünas İntiqam Əliyev, “Turan” Agentliyinin direktoru Mehman Əliyev, jurnalistlər Şahvələd Çobanoğlu, Əvəz Zeynallı, Rövşən Hacıbəyli və hüquq müdafiəçisi Oqtay Gülalıyev AXCP sədrinin evinə gələrək, ona dəstək veriblər.