Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

“O ölkədə ki, demokratik seçki keçirilir,orada hökumət sahibkarların yanında olur”.

Ölkədə vergi və kiçik sahibkarlıq sistemində olan qanunsuzluq çox ciddi bir təhlükəyə çevrilməkdədir və demək olar ki, ötən hər gün daha da artıq. Bu problemdən zəiyyət çəkən bir çox sahibkarlar öz etirazlarına bildirəndə isə daha çətin duruma düşürlər və polis təzyiqi ilə o cümlədən siyasi təzyiqlə üzləşirlər. Belə şəxslərdən biri də daha əvvəl digər media orqanlarında da məlumat verildiyi kimi Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri müavini Zöhrab Məlikovdur

90-1

Məsələnin  nə qədər problemi ölduğunu və isqisadiyyat üçün nə qədər təhlükə törətdiyini araşdırmaq üçün Zöhrab bəy ilə əlaqə saxlayıb onun fikirlərini öyrəndik. Onun sözlərinə görə bu, təkcə vergi orqanlarındakı vəziyyətlə bağlı deyil: “Bu, daha çox siyasi məsələdir. O baxımdan ki, ölkənin siyasi rəhbərliyi nə baş verdiyini bilir və ola bilməz ki, vergi orqanı bu qədər özbaşınalıq etsin və siyasi rəhbərlik də bunu bilməsin, yaxud bilib sussun. Hakimiyyət özü də başa düşür ki, sahibkarlar həssas təbəqədir. Onsuz da onların nəzarətindən kənarda qalan sahibkarlar çox azdır. O baxımdan hakimiyyətdən kənar və hakimiyyət bölgüsünü ayırıram ki, bu və digər məmurun “krışa”lığında olan sahibkarlar o qədər də əziyyət çəkmirlər, dövlət qurumlarının qanunsuz müdaxilələrindən sığortalanıblar. Bu vəziyyətdən daha çox xırda və orta sahibkarlar, kiçik ticarət mağazaları əziyyət çəkir. Onların da bir hissəsi hakimiyyətdən kənar, böyük oliqarxlara bağlı olmayanlardır. Amma nə qədər kənar olsalar belə, siyasi hakimiyyətə sərf etmir ki, onlar gedib siyasi qüvvələrə meyllənsinlər. Ola bilməz ki, hakimiyyət ölkədə gedən prosesləri izləməsin. Ən ucqar nöqtələrdə belə baş verənlərdən agahdırlar, ümumi vəziyyətdən xəbərdardırlar. Bu, həm də siyasi hakimiyyətin onların nəzarətində olamayan kiçik və orta sahibkarlara münasibətini göstərir”.

Məlikov qeyd etdi ki, ölkədə sahibkarlıq mühitinin olmaması problemin kökündə duran əsas məsələdir. Sahibkarlıq mühitinin olmaması isə ən başlıca problemdir və təkcə prezident sərəncamları, fərmanları ilə həll olunmur: “Bu problem siyasi iradə ilə həll olunur. Hökumət Azərbaycan iqtisadiyyatının inkişafının əsas mənbəyi kimi sahibkarlığı görməli və bütün gücünü azad sahibkarlığın qurulmasına yönəltməlidir”.

Müsahibin sözlərinə görə, problemin kökündə dayanan başqa bir məsələ Azərbaycanda büdcənin sahibkarlardan asılı olmamasıdır. Büdcə faktiki olaraq neftdən formalaşır: “Mən sizə maraqlı bir rəqəm deyim-hökumət büdcə layihəsini təqdim edəndə 2009-cu ilin yekunları ilə bağlı bir göstərici vardı. Bütün vergilər hesablanmışdı və məlum olmuşdu ki, dövlət sektoru, neft sektoru daxil olmadan yerdə qalan vergilər cəmi 1,2 milyard manat təşkil edir. Hələ bunun içərisində büdcə təşkilatlarında çalışanlardan alınan fiziki şəxslərin gəlir vergisi də var. Çünki bizdə təsnifat həmin vergiləri də yerli özəl sektorun vergisinə aid edir. Təsəvvür edin ki, onu çıxandan  sonra aydın olur ki, yerli özəl sektor ən yaxşı halda büdcəyə 700-800 milyon manat pul köçürür. Bu, mövcud büdcənin 10 faizi də deyil, 7-8 faizini təşkil edir. Yəni hökumətin, büdcənin yerli özəl sahibkarlardan asılılığı kifayət qədər azdır. O ölkədə ki, büdcə sahibkarların hesabına formalaşır, orada hökumət sahibkarlığın inkişafında maraqlı olur. Sadəcə olaraq, bizdə sahibkarlara vergi verən, büdcəni formalaşdıran subyekt kimi baxılmır, daha çox onlara təzyiq, obyekti kimi, qeyri-rəsmi ödənişlərin alındığı mənbə kimi baxılır”.

Sahibkarın fikrincə kiçik və orta sahibkarların kifayət qədər ciddi elektorat olmasına baxmayaraq, onlara qarşı təzyiqlərin total hal almasına səbəb ölkədəki qeyri-demokratik seçki mühitidir: “O ölkədə ki, demokratik seçki keçirilir, o ölkədə ki, büdcə sahibkarların hesabına formalaşır, o zaman hökumət sahibkarlara qarşı həssas mövqe nümayiş etdirir, orada hökumət sahibkarların yanında olur. Bir ölkədə ki, hakimiyyət seçki ilə formalaşmır, əhalinin məşğulluğunda, büdcədə kiçik və orta sahibkarlığın payı olduqca azdır, orada bu təbəqəyə qarşı təzyiqlər olur. Həm də təzyiq edən tək vergi orqanları deyil, guya icra hakimiyyəti istənilən sahibkarın subyektini əlindən ala bilmir? Sadəcə olaraq, vergi orqanları bunu daha intensiv edir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir