Elman Abbasov: “ Vəziyyət bu cür davam edərsə, ölkədə kataklizmlərin baş verməsi qaçılmaz olacaq”
Bu yaxınlarda jurnalist həmkarlarımdan birinin imzası ilə bir yazı gündəmə gəldi. Bəzi həmkarlarım da istinadla həmin yazını dərc etdilər. Sonradan Xəzər televiziyası həmin yazı ilə bağlı reportaj da verdi. Bəzi ictimai-siyasi tanıtımı olanlar,hüquq müdafiəçiləri,partiya lider və funksionerləri, hətta ABŞ və Avropa ölkələrinin Azərbaycandakı səfirlikləri ciddi ittiham edilirdi.İttiham olunanlar arasında mənsub olduğum partiyanın, mənim və sədrin birinci müavini Ənvər Ağazadənin adı da keçirdi. Güya ki, səfirliklər həmin şəxslərin vasitəsi ilə ölkədə pozuculuq salmağı, vəziyyəti gərginləidirməyi planlaşdırırlar. Yazının hardan qaynaqlandığını və nəyə xidmət etdiyini bilsək də susqunluqla qarşladaıq. Susqunluğa səbəb isə deyilənlərin cəfəng olmsı idi. Orada deyilənlərdən yalnız həqiqət payı isə səfirliklərlə baş tutan görüşümüz idi. Xatırldım ki, Azərbaycan müstəqilliyini qazanandan sonra səfirliklərlə həm iqtidar, həm də müxalifət nümayəndələri həmişə görüşüb və bu görüş ənənəvi görüşlərdən biri idi. Başqa bir həqiqət isə bəli, Azərbaycanda pozuculuq işi salan, vəziyyəti gərginləşdirən qüvvələr var. Lakin yazıda ünvan səhv salınmışdı. Bu qüvvələr elə hakimiyyətin öz içərisindədir və hakimiyyətin apardığı yalnış siyasət nəticəsində ölkədə vəziyyət günü-gündən gərginləşir.Bizlər dövlətin də, dövlətçiliyin də, millətin də, millətçiliyin də nə olduğunu yaxşı bilirik.
2011-ci ilin əvvəlində ərəb baharının başlamasından sonra regionda və dünyada bir sıra ciddi proseslər baş verdi və davam etməkdədir.Dünyada neftin qiyməti kəskin ucuzlaşdı, müharibələr gedir, avtoritar rejimlər, dikataturalar çökür, ölkələrdə ərazi dəyişiklikləri baş verir, dəngələr dəyişir. Təbii ki, bu baş verən qlobal proseslər Azərbaycana da təsirsiz ötüşmür.Əsas təsir isə neftin birdən-birə kəskin ucuzlaşması idi. Ölkə iqtisadiyyatının neftdən gələn gəlirlər üzərində qurulması, qeyri-neft sektorunun inkişaf etdirilməməsi ölkə iqtisadiyyatını ciddi sınaq qarşısında qoydu. Manatın kəskin ucuzlaşması baş verdi və yaxın vaxtlarda növbəti devalivasiya gözlənilir. Manatın dəyərdən düşməsi qiymətlərin sürətlə artmasına gətirib çıxardı.Neftdən gələn gəlir hesabına yaradılan tikinti bumu dayandı.Bank sistemi çökdü. İş yerləri kütləvi şəkildə bağlandı. 2013-cü ildən sonra təkcə neft şirkətindən 10 minlərlə işçi ixtisara salındı.Eyni zamanda Rusiyanın Kırımı işğal etməsindən sonra baş verənlər nəticəsində Rusiyadan ölkəyə köçürülən pulun həcmi də kəskin şəkildə azaldı. Baş verənlər onsuz da vəziyyəti ağır olan Azərbaycan vətəndaşının vəziyyətini bir az da ağırlaşdıdı. Əhalinin hər 4 nəfərindən biri banka borcludur və bu borcu qaytara bilmir.Hər gün bahkın və ya polisin təzyiqi ilə üzləşir.Vətəndaşlarımızın hər birinin xarici borcu 700 ABŞ dollarını ötür.
Sosial vəziyyətin ağırlığı ciddi fəsadlara yol açır. Hər gün ölkə vətəndaşı intihar edir və bu intiharların çoxu sosial və sosial-psixoloji problemlərdən dolayı baş verir.Bank kreditini qaytara bilməyən, ailəsinə çörək apara bilməyən, məmur özbaşınalığından əziyyət çəkən insanlar çarəni intiharda görürür. İntihar statistikasına nəzər saldıqda görürük ki, təkcə bu il aprelin ilk 12 günündə 9 nəfər intihar edib, 1 nəfər isə intihara cəhd edib. Aprelin 11 isə bir gündə 5 nəfər öz həyatına son qoyub.
Sosial problemlərin çətinliyi, gün-güzaranın ağırlığı miqrassiya problemini də sürətləndirib. İş tapa bilməyən, ölkədə gələcəyinə qarant görə bilməyən vətəndaşlarımız ölkəni tərk edir. Acınacaqlı hal ondan ibarətdir ki, ölkəni tərk edən vətəndaşlarımızın çoxu ölkənin gələcəyi olan gənclərdir. Kasıbçılıq,səfalət və çarəsizlik gənclərimizi bir çox hllarda dini radikal quruplaşmalara qoşulmağa vadar edir. Təsadüfü deyil ki, son vaxtlar Azərbaycan gənclərinin adı tez-tez Suriyada döyüşməkdə, İŞİD və digər dini radikal quruplara qoşulmaqda hallanır.Bir çox hallarda isə onlar ailləliklə adı çəkilən qruplaşmalara qoşulur.
Ailə insitutları sıradan çıxır. Gün ərzində keçirilən məhkəmə proseslərinin çoxu nigahın pozulmasına xidmət edir. Rəsmi dövlət ststistikasına inansaq 1995-ci illə 2015-ci ilin statistik müqayisəsinə əsasən boşanmaların sayı iki dəfə çoxalıb. 2015-ci ildə 12 764 boşanma faktı qeydə alınıb ki, milli mental dəyərləri nəzərə alsaq bu çox ciddi göstəricidir.Qeyd edim ki, bu real görsənmir və bütün sahələrdə olduğu kimi statistik göstəricilərdə də hakimiyyət qurumunun açıqlamaları reallığı əks etdirmir. Nigahı pozulan vətəndaşların sayı daha çoxdur.
Təhsildə çox ciddi problemlər yaranıb. Dərsliklərin keyfiyyətsizliyi, sistemdə olan rüşvətxorluq, kadrların savadsızlığı, pedoqoji işçilərin maaşının azlığı təhsilimizi iflic vəziyyətə salıb. Demək olar ki, təhsilimiz məktəblərin ümidinə deyil, repetitorların ümidinə qalıb. Azərbaycanda təhsil haqqının həddən ziyadə yüksək olması, əhalinin həyat səviyyəsi ilə uzlaşdırılmaması təkcə bu il 17 min tələbəni təhsildən məhrum edib.Təhsilimizdə olan problemlər ölkənin gələcəyini ciddi şəkildə təhlükə altında qoyur.
Səhiyyə sistemi də ciddi problemlər yaşayır. Bu gün ölkədə ərzaq təhlükəsizliyi təmin edilməməsi səbəbindən demək olar ki, ölkədə sağlam adam tapmaq müşkülə çevirilib. Həkimlərin savadsızlığı, vətəndaşların yerli həkimlərə inanmsızlığı,əhalinin kasıbçılığı, qida çatışmamazlığı, dərmanların bahalığı insanlarımızıın sağlamlığını hər an təhdid edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2014-cü ildə Azərbaycanda bir yaşa qədər olan körpələrin ölüm sayı 1655 olub. Hamiləlik, doğuş və zahılıq dövründə 25 ana dünyasını dəyişib. Xəstəliklərin sayının artması nəticəsində dərman ticarəti ölkə biznesində aparıcı yerlərdən birinə çevrilib.
Ölkədə müstəqil məhkəmə sistemi yoxdur.Məhkəmələr icra hakimiyyətinin bir qoluna çevrilib. Hər gün sifarişli məhkəmələr keçirilir. Avropa Şurasının məlumatına əsasən Azərbaycan Avropa ölkələri arasında məhbusların sayına görə 4-cü yerdədir. Ölkəmizdə 100 min nəfərə görə orta hesabla 238 nəfər məhbus düşür. Hələ də tənqidi yazılarına, alternativ fikirlərinə görə çoxlu sayda jurnalist, siyasi partiya üzvləri həbsdədir və onların sayı 100-dən artıqdır. İllərdir Azərbaycan siyasi məhbus problemini həll etmir və bu səbəbdən daima beynəlxalq təşkilatlarla arasında ciddi sorunlar yaşanır. Hələ də fikir ayrığlığına, siyasi baxışlarına görə insanlar təqib və təzyiqə məruz qalırlar. 2013-cü idən sonra QHT-lər Haqqında Qanunun sərtləşdirilməsi və vətəndaş cəmiyyətinin sıradan çıxarılması, tanınmış hüquq müdafiəçilərinə olan basqılar, onların həbsi , uzun illər siyasi partiyalara qarşı aparılan repressiv hərəkətlər, siyasi insitutların zəiflədilməsi Azərbaycanla beynəlxalq aləm arasında gərginliyin artmasına səbəb oldu və bu gərginlik artan xətlə davam etməkdədir.
Ölkədə məhkəmə sisteminin, qanunverici oraqnın səlahiyyətləri azaldılıb. Sentyabrın 26-dan sonra isə bu qurumların səlahiyyəti daha da azalacaq.
Yuxarıda sadaladığım və sadalamadığım səbəblərdən ölkədə ciddi şəkildə təbəqləşmə baş verib. Əhalinin kiçik bir qrupu sürətlə varlansa da, böyük əksəriyyət kasıblıq həddindən də aşağı səviyyədə yaşayır. Baş verənlər hakimiyyətlə xalq arasında ciddi uçurum yaradıb. Monopoliya nəticəsində oliqarxlara aid olan iri biznes sahələri orta biznesin inkşaf etməsinə imkan verməyib. Əslində orta və kiçik biznesin inkişafı xalqla hakimiyyət arasında olan uçurumu müəyyən qədər qapada bilərdi. Təəssüf ki, mənzərə bu cürdür.
Hakimiyyətlə xalq arasında uçrumun yaranması, siyasi insitutların zəiflədilməsi gələcəkdə ölkədə ciddi proseslərin getməsinə, problemlərin yaranmasına səbəb olacaqdır. Hakimiyyət xalqa arxalanmayanda olkəni sevməyən xarici qüvvələrin də təzyiq rıçaqları artır. Hətta ölkənin suverenliyinə təhlükə yaranır.
Hakimiyyət ciddi islahatlara getməsə, ölkədə barış və dialoq mühiti yaranmsa siyasi gərginlik artmaqda davam edəcək. Hətta kataklizmlərin baş verməsi qaçılmaz olacaq.
Sonda qeyd edim ki, hakimiyyət və hakimiyyətə yaxın media orqanları son dövrlər daha çox Qərbin və Qərb siyasi insituları ilə əlaqəsi olanların, Qərbə inteqrasiya tərəfdarlarının üzərinə gedir, ermənipərəst adlandırır. Nədənsə Rusiya ilə bağlı susqunluq baş verir. Bu ilin əvvəlindən başlayaraq hakimiyyətin yüksək eşalonuna aid olan şəxslər Rusiyanın orden və medalları ilə təltif olunublar. Son olaraq ötən həftə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzovun Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub. Xatırladım ki, bu günə qədər bütün fəlakətlərimizin baiskarı Rusiya olub. Gülüstan və Türkmənçay müqaviləsi nəticəsində torpaqlarımız ikiyə bölünüb. 20 Yanvar hadisələrini,Xocalı Soyqırımını, 20% torpaqlarımızın Rusiya vastəsi ilə işğal altına düşdüyünü nə tez unuduruq? Hələ də Rusiyanın qonşulara qarşı yürütdüyü siyasət ölkə müstəqilliyimizi təhdid edir. Necə olur ki, Rusiyaya xidmət edənlər ermənipərəst, düşmən sayılmır, amma Qərblə əlaqəsi olanlar xain və ermənipərəst adlandırılır…??